Paytaxtda mənzildən 125 min manatlıq oğurluq edilib

11.05.2019 11:05

Bakının Nəsimi rayonunda mənzildən külli miqdarda pul oğurlanıb.

Səməd Vurğun küçəsi 58 ünvanında yerləşən mənzildə qeydə alınmış faktın kim tərəfindən törədildiyi məlum deyil.

Həsənağa Həsənbala oğlu Dadaşovun evindən 50 min ABŞ dolları və 40 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. (ONA)

© xezerxeber.az


212 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR