Bakıda atasının dərmanını içən şagird zəhərləndi

10.05.2019 14:46

Bakıda atasının dərmanını içən 109 nömrəli tam orta məktəbin şagirdi zəhərlənib.

Məktəbdən Trend-ə verilən məlumata görə, 30 aprel 2019-cu il tarixində təxminən saat 20:30 radələrində V sinif şagirdinin (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) valideyni məktəb direktoruna övladının evdə valideynin dərmanını qəbul edərək zəhərləndiyini bildirib:

"Evə təcili tibbi yardım çağrılıb və uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Müvafiq müayinə və müalicə prosedurlarından sonra uşaq evə buraxılıb, hazırda vəziyyəti normaldır. Onun psixoloji durumunun öyrənilməsi məqsədilə məktəb nümayəndələri və psixoloq evlərində olub və uşağa müvafiq müvafiq psixoloji yardım göstərilib. Məktəblərdə valideynlərlə görüşlərdə uşaqların təhlükəsizliyinin təmin olunmasının diqqət mərkəzində saxlanılması məktəb rəhbərliyi tərəfindən daim tövsiyə olunur".

Məktəbdən qeyd dilib ki, hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb. Araşdırma zamanı məktəbin müəllimləri haqqında səsləndirilən fikirlər təsdiqini tapmayıb.

© xezerxeber.az


240 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR