Sumqayıtda avtobus sürücüsü bıçaqlanıb

26.04.2019 11:24

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin 8-ci mikrorayon ərazisində qeydə alınıb. Şəhərdə fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusunun sürücüsü, 1968-ci il təvəllüdlü Kazım Kazımov nəqliyyat vasitəsini qaraja təhvil verdikdən sonra naməlum şəxs onu bıçaqlayıb. 9 bəçaq xəsarəti alan yaralı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (ONA)

© xezerxeber.az


284 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR