Bakı Dövlət Universitetinin tələbəsi dərmandan zəhərləndi

25.04.2019 20:12

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi dərmandan zəhərlənib.

XəzərXəbər-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə bu gün baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Səidə Nərimanovanın dərs zamanı vəziyyəti pisləşib. O, təcili tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Müayinə zamanı onun dərmandan zəhərləndiyi məlum olub.


© xezerxeber.az


216 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR