Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 1 ölü, 3 yaralı

20.04.2019 11:18

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Ölən və yaralananların kimliyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR