Bakıda 53 yaşlı kişi mənzilində ölü tapılıb

19.04.2019 14:48

Bakıda yaşadığı mənzildə 53 yaşlı kişinin meyiti aşkar olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Əfəndiyev Yaşar İbrahim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

© xezerxeber.az


278 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR