Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda balıq tutmağa gedən 67 yaşlı kişi itkin düşdü - FOTO

18.04.2019 15:16

Bakıda balıq tutmağa gedən kişi itkin düşüb.

Trend-in məlumatına görə, paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, İ.Qayıbov küçəsi, ev 54, mənzil 35-də yaşayan,1952-ci il təvəllüdlü Ələkbərov Tofiq Əhməd oğlu aprelin 16-da saat 14 radələrində yaşadığı evdən balıq tutmağa getmək adı ilə evdən çıxaraq Səngəçala gedib və bir daha geri qayıtmayıb.

Adətən həmin yerə balıq tutmaq üçün gedən T.Ələkbərov axşam radələrinə geri dönəcəyinə söz versə də qayıtmayıb. O, evdən çıxarkən əynində açıq qəhvəyi rəngli gödəkçə, göy cins olub.

Tofiq Ələkbərovun yaxınları hadisə ilə bağlı polisə də müraciət etdiklərini bildiriblər. Onu görənlərdən 055-530-00-20 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.

Faktla bağlı araşdırmalar aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






331 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR