Azərbaycanın "İnterpol" xətti ilə axtarışa verdiyi şəxs Rusiyada tutuldu

16.04.2019 14:02

Azərbaycanın "İnterpol" xətti ilə axtarışa verdiyi şəxs Rusiyada tutulub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan 41 yaşlı Yadulla Şıxməmmədov Rusiya Federasiyasında saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün işlər aparılır.

© xezerxeber.az


76 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR