BNA: Yanğınla əlaqədar Qara Qarayev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

26.03.2019 10:37

Bakı şəhərinin Nizami rayonu ərazisində, Qara Qarayev prospektində "Diqlas" ticarət mərkəzində baş verən yanğınla əlaqədar hazırda yolda hərəkət məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar B.Çobanzadə küçəsindən keçməklə hərəkət edir.

© xezerxeber.az


145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR