Bakıda 59 yaşlı qadının meyiti tapıldı

24.03.2019 12:05

Paytaxtda mənzildən qadın meyiti tapılıb.

Xezerxeber.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Qiqeyçuk İvanna İosivnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

© xezerxeber.az


312 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR