Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Məcburi köçkün həyat yoldaşını baltaladı - Bərdədə DƏHŞƏT

24.03.2019 09:44

Bərdə rayonunda ər arvadına balta ilə xəsarət yetirib.

Hadisə rayonun Cəyirli kəndində törədilib.

Kəlbəcər rayonun Milli kəndindən məcburi köçkün Nadirxanov Şahvələd Pənah oğlu həyat yoldaşına balta ilə xəsarət yetirib. Ağır xəsarət alan 1983-cü il təvəllüdlü Yəhyayeva Pərvanə Arif qızı yaxınları tərəfindən Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralı qadının vəziyyətinin ağır olduğunu bildirib.

Faktla bağlı araşdırma başlansa da, hadisənin təfərrüatı açıqlanmır.

Modern.az-ın əldə etdiyi məlumata görə, Şahvələd Nadirxanov həbsdən yeni buraxılıbmış.

© xezerxeber.az


410 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR