Qaynının evinə gəlib atəş açdı – Azərbaycanda SİLAHLI İNSİDENT

19.03.2019 16:12

Tərtər rayonunda silahlı incident qeydə alınıb.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 18-də Kəlbəcər rayon sakini V.Əsədov bacısının həyat yoldaşı H.İsmayılovun Tərtər rayonunun Səhləbad kəndindəki evinin qarşısına gələrək münaqişə zəminində ov tüfəngindən havaya atəş açıb.

V.Əsədov Tərtər RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ondan "Frankli” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR