Xəzər Xəbər

Bakının bəzi rayonlarında qaz yoxdur

Hadisə | 09:28 • 18 Mart 2019
Bakının bəzi rayonlarında qaz yoxdur
Bu gecə saat 01:00 radələrində Qaradağ-Digah magsitral qaz kəmərində qəza baş verib.


XəzərXəbər-in məlumatına görə, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib. Onun sözlərinə görə, qəza nəticəsində Bakının Sabunçu, Nizami və Xətai rayonlarında qaz təchizatı dayandırılıb.

"Qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işlər elə gecə saatlarından yekunlaşıb, amma təhlükəsizlik baxımından "mavi yanacağ”ın təzyiqi dərhal artırılmayıb. Bu prosesə səhər saatlarından start verilib”, - deyə qurum rəsmisi qeyd edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti