Bakıda çörək almağa gedən 37 yaşlı kişi itkin düşüb

16.03.2019 09:15

Bakı sakini naməlum şəraitdə itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Yasamal rayonu, Kazımzadə küçəsi ev 40-da yaşayan, 1982-ci il təvəllüdlü Xanbalayev Əliağa Məmmədağa oğlu evdən çörək almaq adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


138 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR