Ana dükanda uşağına oğurluq etməyi öyrətdi - kameraya düşdü

12.02.2019 16:33

"O yaşda uşağa oğurluq öyrətmək məni narahat edir”.

Türkiyənin Bursa şəhərində bir qadın iki uşaqla əşya dükanına girib və 6 yaşlı uşağına oğurluq etdirib. Digər uşaq isə o zaman arabada olub.

O, uşağa nə edəcəyini başa salıb, arabadaki uşağı isə qucağına alıb.

Uşaq anasının göstərdiyi oyuncağı arabaya qoyub. Daha sonra hər üçü hadisə yerindən uzaqlaşıb.

Mağaza sahibi təhlükəsizlik kamerasındaki görüntüləri gördükdən sonra polisə xəbər edib.

O, polisə "Oğurlanan oyuncaqlar məni narahat etmir. O yaşda uşağa oğurluq öyrətmək məni narahat edir” deyib.

AzNews.az

© xezerxeber.az


304 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR