Arvadının başqa kişilərlə əlaqəsindən şübhələndi və... - Bakıda ərdən DƏHŞƏTLİ ƏMƏL

12.02.2019 14:33

Bakı şəhərinin Binəqədi rayonunda qadının həyat yoldaşı tərəfindən amansızlıqla öldürülməsi hadisəsi barədə bəzi məqamlar üzə çıxıb.

Binəqədi kəndində fərdi evdə yaşayan 1970-ci il təvəllüdlü Qurbanov Tufan Baba oğlu həyat yoldaşı, 1979-cu ildə anadan olmuş Qurbanova Lalə Həsən qızını qısqanclıq zəminində öldürdüyünü etiraf edib. O bildirib ki, həyat yoldaşının başqa şəxslər münasibətinin olduğundan şübhələnib və əsəblərinə hakim ola bilməyərək onu öldürmək qərarına gəlib.

Tufan Qurbanov evdə xanımına çoxsaylı bıçaq zərbələri endirib və onun öldüyünə əmin olmaq üçün boğazını kəsib.

Qeyd edək ki, ailənin 3 övladı qalıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*****

10:28

Bakıda qətl törədilib.

Binəqədi rayonunda 1970-ci il təvəllüdlü Qurbanov Tufan Baba oğlu həyat yoldşı, 1979-cu ildə anadan olmuş Qurbanova Lalə Həsən qızını amansızlıqla qətlə yetirib. O, həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib, qadının boğazını kəsici alətlə kəsib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. T.Qurbanov saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./publika.az

© xezerxeber.az


330 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR