Bakıda ŞOK – Pəncərəni sındırıb evə girdi, mənzil sahibini bıçaqlayb qaçdı

12.02.2019 14:08

Bakıda müxtəlif hadisəlr törətdiyi üçün axtarışda olan şəxs tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, DİN-in "102 – Zəng Mərkəzi” Xidmətinə yanvarın 19-da Zığ qəsəbəsi ərazisində baş vermiş quldurluq faktı barədə müraciət daxil olub.

Dərhal Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla qəsəbə ərazisindəki evlərin birinə pəncərənin şüşəsini sındırmaq yolu ilə girmiş şəxsin oradan 20 manat pul və gümüş əşyalar götürdükdən sonra ev sahibi ilə rastlaşdığından onun qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməsi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş N.Mustafazadə müəyyən edilərək polis əməkdaşları tərəfindəın saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun 2 evdən televizor və kompyuter oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.

© xezerxeber.az


267 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR