Bakıda dəhşətli cinayət törədən şəxs yaxalandı

12.02.2019 11:27

Binəqədi rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, fevralın 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini L.Həsənqızının bıçaqla qətlə yetirilməsi barədə daxil olan məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Münaqişə zəminində baş verən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri T.Qurbanov təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

© xezerxeber.az


256 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR