Qonaq getdiyi evdən külli miqdarda pul oğurladı

10.02.2019 11:05

Fevralın 8-də Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə xidməti ərazidəki evlərin birindən oğurluq edilməsi ilə bağlı müraciət daxil olub.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkən M.Abdullayev evindən 6650 manat və 1400 ABŞ dolları pul oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Oğurluğu etməkdə şübhəli bilinən şəxsin elə ev sahibinin qonağı, Bakı şəhər sakini V.Əliyev olması müəyyən edilib və o saxlanılıb.

© xezerxeber.az


268 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR