Parlament sədrinin evini yandırmaq istədilər

09.02.2019 13:17

Fransada naməlum şəxslər Milli Məclisin (Parlamentin Aşağı Palatası) sədri Rişar Ferranın evini yandırmağa cəhd ediblər.

Bu barədə qurumun saytına yerləşdirilən məlumatda qeyd olunub.

"Milli jardarmeriya əməkdaşları tərəfindən hadisə yerində ədyal, qismən yanmış təkər və yanacağa batırılmış əldəqayırma məşəl aşkar olunub ki, bu da qəsdən yanğın törətmək barədə düşünməyə şübhə yeri qoymur", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, yanğını Ferranın qonşusu görüb və polisə zəng edib. Ev sahibinin özü isə həmin vaxt baş nazir Eduar Filipp ilə Ren şəhərində işgüzar səfərdə olub. O, bu cinayət aktını pisləyib və polisə şikayət edib./publika.az

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR