Kubanda ağır qəza: 6 nəfər həlak olub

06.12.2018 12:12

Rusiyanın Krasnodar diyarında təcili tibbi yardım maşınını "VAZ-2114” markalı avtomobillə toqquşub.

Xezerxeber.az xəbər verir ki, insident Nekrasovskaya kəndi rayonunda qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində minik avtomobilində olan 6 nəfər, o cümlədən 2 azyaşlı uşaq həyatını itirib, bir nəfər isə yaralanıb. Həmçinin təcili tibbi yardım maşınının 3 əməkdaşı da xəsarət alıb. Həkimlər bütün yaralıların vəziyyətinin son dərəcə ağır olduğunu bildirırlər.

Hazırda qəzanın baş verdiyi ərazidə polis əməkdaşları fəaliyyət göstərir. Hadisə ilə bağlı təhqiqat başlayıb.

© xezerxeber.az


55 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR