Bakıda DƏHŞƏT SAÇAN ƏRAZİ – Burada 2 gündə 5 gənc oğlan öldü

04.12.2018 16:22

Bakı şəhər Qala-Pirallahı yolunda daha bir ağır qəza baş verib.

XəzərXəbər xəbər verir ki, dünən həmin yolda "VAZ 21099” markalı avtomobil 25 yaşlı oğlanı vurub. Ağır xəsarət alan gəncin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, dekabrın 2-nə keçən gecə həmin yolda – "Zirə Bio Market”in qarşısında "Chevrolet Aveo” markalı avtomobil yük maşınına çırpılmış, nəticədə 4 gənc oğlan vəfat etmişdi.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR