Bakıda universitet tələbəsi küçədə bıçaqlandı - RƏSMİ AÇIQLAMA

04.12.2018 12:48

Bakıda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Üzeyir Hacıbəyli küçəsində yerləşən əsas binasında baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Universitetin ictimaiyyətlə əlaqələr və marketin şöbəsinin rəhbəri Mansur İbrahimov Publika.az-a açıqlamasında deyib ki, tələbə yoldaşı tərəfindən bıçaqlanan 1995-ci il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu Filologiya Fakültəsinin 5-ci kurs tələbəsidir. Belə ki, 23 yaşlı tələbə ilə universitetin Fizika və Toxnologiyalar Fakültəsinin 3-cü kurs tələbəsi İbrahimov Rəşad Akif oğlu arasında mübahisə baş verib: "Mübahisə zəminində Rəşad İbrahimov Yusif Nəbizadəyə bıçaqla xəsarətlər yetirib. Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq hər iki tələbə barəsində müvafiq tədbir görüləcək”.

Publika.az-ın əldə etdiyi digər məlumata görə, hadisədən bir qədər əvvəl Yusiflə Rəşad arasında mübahisə yaranıb. Yusif Rəşadı universitetin sanitar qovşağına apararaq onunla mübahisəni davam etdirib. Bu zaman Rəşad İbrahimov bıçaqla 23 yaşlı tələbəyə zərbələr endirib.

Faktla bağlı Səbail rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə iş başlanılıb, araşdırma aparılır.

*****

10:56

Bakıda universitetdə bıçaqlanma hadisəsi baş verib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən Azərbaycan Pedaqoji Universitetinin əsas binasının sanitar qovşağında 3-cü kurs tələbəsi İbrahimov Rəşad Akif oğlu tələbə yoldaşını bıçaqlayıb. Müxtəlif dərəcəli xəsarətlər alan 1995-ci il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu qan içində xəstəxanaya aparılıb.

Kürək və qarın nahiyəsindən daxilə nüfuz etmiş ağır xəsarətlər alan Yusif Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

© xezerxeber.az


169 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR