Ermənistanda sabiq nazir 14 milyon dollar rüşvət alıb

03.12.2018 14:52

Ermənistan Baş Prokurorluğu ölkənin sabiq təbiətin mühafizəsi naziri Aram Arutunyana qarşı ittiham irəli sürəcək. 


"RİA Novosti" bildirir ki, Respublika Partiyasının deputatı, sabiq nazir gəlirlərin qanunsuz yolla leqallaşdırılması, 14 milyon dollar rüşvət almaqda ittiham olunacaq.

2015-ci ildə başlanmış cinayət işinin istintaqı nəticəsində müəyyən edilib ki, 2008-ci ildə təbiətin mühafizəsi naziri vəzifəsini tutan və yeraltı istismar üçün lisenziya verən idarələrarası komissiyanın sədri olan Arutunyan kəşfiyyat lisenziyalarının verilməsi üçün 14 milyon dollar rüşvət tələb edib. 6 milyon dollar Arutyunyana nağd şəkildə, qalan 8 milyon isə bank köçürməsi yolu ilə ona təqdim olunub./FaktXəbər

© xezerxeber.az


80 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR