Bakıda dəhşətli qəza: 4 nəfər öldü

03.12.2018 14:04

Dekabrın 1-də saat 23 radələrində Pirallahı rayonunun Dübəndi qəsəbəsi ərazisində Zirə qəsəbə sakini Namiq Zülfüqarov idarə etdiyi "Chevrolet” markalı avtomobili yol ayırıcısına (səkiyə) vurduqdan sonra yolun əks istiqamətinə keçərək qarşıdan gələn Xaçmaz rayon sakini Ümüd Alxasovun idarə etdiyi "KamAZ” markalı avtomobillə toqquşub.

DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, nəticədə N.Zülfüqarov, sərnişinləri Şahin Qarayev, Anar Əliyev və Tərlan Cəlilov hadisə yerində ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib. Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


81 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR