Metroda soyğunçuluq edən şəxs yaxalandı

03.12.2018 12:47

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları metronun stansiyalarında, tuneldə hərəkətdə olan qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, ictimai nəqliyyatda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının operativliyi və ayıq-sayıqlığı sayəsində yaxalanıb.

Dekabrın 2-də saat 11 radələrində metronun "Neftçilər” stansiyasının platformasında Bakı şəhər sakini olan qadının çantasından içərisində 110 manat pulu və sənədi olan pulqabısını soyğunçuluq yolu ilə götürən şəxs metropolitendə polis şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum edilən İntizam Məmmədov olduğu müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

© xezerxeber.az


87 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR