Qusarda dəhşətli hadisə: Ayı inəkləri parçaladı

12.10.2018 20:29

Qusarda ayı mal-qaraya hücum edib.

Qusarın Suvacal kəndində, örüşə buraxılan mal-qara ayı hücumuna məruz qalıb.

Kənd sakinlərinin sözlərinə görə, kənddə yaşayan Cavid Qayıtmazov, Ərziman İbrahimov və Zabit Qayıtmazovun 3 baş iribuynuzlu heyvanlarını ayı örüş sahəsində parçalayıb. Sakinlər hadisədən bir gün sonra xəbər tutub.

Mal-qarasına ziyan dəymiş sakinlər bildiriblər ki, örüşə gedən heyvanlar geri qayıtmayıb. Ertəsi gün həmin əraziyə baxdıqda görüblər ki, 3 baş inəyi ayı otlaq yerində parçalayıb.(qafqazinfo.az)

© xezerxeber.az


811 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR