Ali məktəblərə yeni qəbul qaydaları tənqid olundu

12.10.2018 17:07

"Tələbə qəbulu ilə bağlı qaydaların dəyişməsi öncədən bildirilməlidir. Tutaq ki, orta məktəbin 11-ci sinif şagirdi hansısa istiqamət üzrə hazırlaşır, amma imtahana 6 ay qalmış qaydalar dəyişir. Bu, düzgün deyil”

XəzərXəbər xəbər verir ki, bunuMilli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müaviniSiyavuş Novruzovdeyib.

Komitə sədri bildirib ki, bu cür addım bir-iki nəfərə deyil, minlərlə insana təsir edir: "Bu, abituriyent hansı qaydada imtahan verməlidir, axı hazırlaşdığı istiqamət başqadır. Bunu öncədən müəyyənləşdirmək lazımdır. Tutaq ki,Təhsil Nazirliyidesin ki, bu qaydalar 9-cu sinifdə oxuyanlara tətbiq edilmir. Yəni bu qaydalar 8-ci sinifdə oxuyan, o yaşda olanlara tətbiq ediləcək. Belə olan halda şagird hansı istiqaməti seçəcəyini müəyyən edir”.

© xezerxeber.az


75 dəfə oxunub

XƏBƏRLƏR

17.10.2018 10:15

İranda zəlzələ

ÇOX OXUNANLAR