Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Salyanda əməliyyat – Qanunsuz silahlar yığıldı

12.10.2018 17:42

Salyanda vətəndaşlardan sənədsiz ov tüfəngləri götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətindən XəzərXəbər-ə məlumat verilib.

Belə ki, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Rayis Cəfərovun idarə etdiyi "VAZ-2106” markalı avtomobildən ona və sərnişini Hətəm Cəfərova məxsus müvafiq sənədləri olmayan 2 ədəd "TOZ” markalı ov tüfəngləri götürülüb.

Bundan başqa, Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Vüsal Əliyevdən də müvafiq sənədləri olmayan "Gifsan” markalı ov tüfəngi götürülüb.

© xezerxeber.az


395 dəfə oxunub

XƏBƏRLƏR

20.04.2019 11:53

Hava nə vaxt isinəcək?

ÇOX OXUNANLAR