Bakıda maşın piyadanı vurub öldürdü

12.10.2018 14:01

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, oktyabrın 11-də saat 6 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini Elməddin Diniyev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Məmməd İsbəndiyarovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


87 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR