Goranboyda ağır qəza: Ölən və yaralılar var

12.10.2018 12:33

Goranboy rayonunda ağır yol qəzası baş verib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 11-də saat 8 radələrində rayonun Aşağı Ağcakənd kəndi ərazisində qeydə alınıb. Belə ki,Goranboyrayonunun Zeyvə kənd sakini Kamran Quliyevin idarə etdiyi "Niva” və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi "VAZ-21015” markalı avtomobillər toqquşub, K.Quliyev idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı boruya vurub.

Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.Xocalırayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


391 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR