Bakı məktəbində şagird 8 sinif yoldaşına xəsarət yetirdi - gözyaşardıcı qaz balonu ilə

10.10.2018 11:58

Hövsan qəsəbəsindəki 76 saylı məktəbdə şagirdlərdən biri sinifə gözyaşardıcı qaz balonu gətirərək sinif yoldaşlarının üzünə püskürdüb. Nəticədə 8 uşaq xəsarət alıb.

Xezerxeber.az bildirir ki, bu barədə məlumatı virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib. Hadisə yerinə təcili yardım briqadası cəlb edilib. Uşaqlara ilkin tibbi yardım göstəriləndən sonra xəstəxanaya aparıblar. "Qaz balonu istiotlu olduğundan yandırıcı təsir göstərir, amma gözlər yuyulacaq. Hazırda uşaqların vəziyyəti normaldır. Zərər çəkənlər 10-12 yaşlı uşaqlardır”, -xidmət rəhbəri əlavə edib.

© xezerxeber.az


233 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR