Bakıda FACİƏ: oğlunun və ərinin qəbri başında öldü

14.09.2018 16:12

Bakıda qəbiristanlıqda ölüm hadisəsi baş verib.

Paytaxt sakini Nəsibova Nəcibə Əli qızı Badamdar qəsəbəsi ərazisində qəfil vəfat edib. Belə ki, dünən məzarlıqda həyat yoldaşı və oğlunun qəbrini ziyarət edən qadının halı orada pisləşib və o, hadisə yerindəcə keçinib.

İlkin məlumata görə, N.Nəsibova ürək tutmasından vəfat edib.

Araşdırma aparılır./publika.az

© xezerxeber.az


560 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR