Sürücü və mühafizəçidən nankorluq - Şirkətdən 17 min dollar oğurladılar

14.09.2018 14:21

Oğurluq hadisəsi Goranboy rayonundakı şirkətdə baş verib.

XəzərXəbər "Report”-a istinadən xəbər verir ki, Türkiyə vətəndaşı Necati Serkan Temizə məxsus "Tac” pərdə topdan satış mərkəzindəki seyfdən 17 min dollar pul oğurlanıb.

Oğurluğu törədən şirkətin sürücüsü Ağasəf Seyidov və mühafizəçi Elmir Əliyev saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

© xezerxeber.az


90 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR