Kürdəmirdə ər arvadını güllələdi

13.09.2018 20:13

Kürdəmir rayonunda güllələnmə hadisəsi baş verib.
Hadisə bu gün günorta saatlarında şəhərin Aşıq Şakir küçəsi, ev 9 ünvanında qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini, 44 yaşlı Şahin Məmmədbağır oğlu Kərimov ailə münaqişəsi zəmnində həyat yoldaşı, 36 yaşlı Qumru Tofiq qızı Salayevanı ov tüfəngi ilə vurub. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyata alınıb. Q.Salayevanın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Ş.Kərimov könülü şəkildə polisə təslim olub. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.(Report)

© xezerxeber.az


451 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR