16 yaşlı oğlan balkondan yıxılıb öldü - Bakıda

13.09.2018 16:59

Bakıda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində ölüb.

XəzərXəbər-in Trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi ev 7, mənzil 33-də yaşayan, 2002-ci il təvəllüdlü Əhmədov Kamran Eldar oğlu yaşadığı binanın 4-cü mərtəbəsindəki mənzilin balkonundan yıxılaraq ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR