Ailəsini evdən qovdu, özü isə az sonra DİRİ-DİRİ yandı - TƏFƏRRÜAT

13.09.2018 14:57

Ötən gecə Ağsuda 1 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Ağsu şəhər, Mikayıl Müşfiq küçəsi 17 ünvanında baş vermiş yanğın nəticəsində ölən 1974-cü il təvəllüdlü Mürsəlov Mübariz Möhtərəm oğlu hadisə vaxtı sərxoş vəziyyətdə olub.

Belə ki, dünən axşam saatlarında spirtli içki qəbul edəndən sonra evə gələn M.Mürsəlov dava-dalaş salıb. O, ailə üzvlərini evdən qovub və daha sonra içki içməyə davam edib. Bir müddət keçəndən sonra isə yanğın başlayıb.

Hadisə nəticəsində 3 uşaq atası olan 44 yaşlı M.Mürsəlov yanaraq ölüb. Yanğınsöndürənlər onun meyitini evdən çıxararaq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin morquna təhvil verib.

Qeyd edək ki, dünən oxşar hadisə Mingəçevirdə də baş verib. Tüfeyli həyat tərzi sürən şəxs beşmərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzilində ocaq qalayıb və baş vermiş yanğın nəticəsində ölüb./publika.az

© xezerxeber.az


269 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR