Bakıda dəhşətli qətl: söyüşə görə döyə-döyə öldürdülər

12.09.2018 16:05

Bakıda dəhşətli qətl törədilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, dünən Sabunçu qəsəbəsi ərazisində Tovuz rayon sakini, 1961-ci il təvəllüdlü Rafael Rzayev tanışı, Lerik rayon sakini, 1969-cu il təvəllüdlü Bahadur Cəfərovu ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına gətirib. Həkimlərin müdaxiləsinə baxmayaraq B.Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalardan sonra məlum olub ki, B.Cəfərovu elə onu xəstəxanaya gətirən Rafael adlı şəxs taxta parçası ilə vəhşicəsinə döyərək ölümcül hala salıb. Belə ki, qeyri-sağlam həyat tərzi sürən dostlar Sabunçudakı yarımtikilidə yeyib içiblər. Bu zaman onların arasında mübahisə yaranıb və Bahadur Rafaeli ağır söyüşlərlə təhqir edib. Buna dözməyən R.Cəfərov sərxoş vəziyyətdə dostunu döyüb. Daha sonra isə ona kömək etmək məqsədi ilə xəstəxanaya gətirib.

R.Cəfərov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© xezerxeber.az


299 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR