Bakıda ŞOK OLAY - arvadını aldadıb evini yandırdı, sonra da: “gəl külünə bax!” dedi

12.09.2018 14:26

Binəqədidə kişi qeyri-rəsmi yaşadığı arvadının evini yandırıb.

Bu barədə AzNews.az-a Təmiz Dünya ictimai birliyinin sədri Mehriban Zeynalova bildirib. Onun sözlərinə görə, Masallı rayonunun Qəribli kənd sakini Ramin Eynalov qeyri-rəsmi yaşadığı avadına məxsus evi yandırıb:

"Qadın 2003-cü ildə qoşulub qaçaraq ailə həyatı qurub. İki övladı dünyaya gəlib. İki-üç il yaxşı dolanıblar. Sonra qadının əri içkiyə qurşanıb, evdə hər gün söz-söhbət, dava... hətta məsələ o yerə çatıb ki, kişi münaqişə zamanı arvadının başını yarıb. Xəstəxanaya düşəndə həkimlər məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər. Axtarışda olduğunu bilən kişi qaçıb gizlənir. Qadın isə ailəsinin köməkliyi nəticəsində Binəqədi rayonunda torpaq alaraq ev tikdirib. Bunu eşidən kişi arvadına onu bağışlaması üçün yalvarıb. Arvadı da onun bu yalvarışlarından sonra rəhmə gələrək ərini evinə buraxıb. İki gün öncə qadın yeni dərs ilinin başlanması ilə əlaqədar məktəbdən uşaqlarının kitablarını götürməyə gedəndə telefonuna zəng gəlib. Əri ona evini odladım, "gəl külünə bax” deyərək arvadının zülmlə tikdiyi evi odlayıb”.

Mehriban Zeynalova bildirib ki, qadın məktəbdən evə çatanda evdən əsər-əlamət qalmayıbmış: "İndi bu ailə bizim sığınacağa yerləşdirilib, qalmağa yerləri yoxdur. Kişi isə hələ də axtarışdadır”.

© xezerxeber.az


754 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR