Gəlin toya tələsirdi... - "Zibilə düşdü"

12.09.2018 14:19

Mingəçevir şəhərində içərisində toya hazırlaşan gəlinin də olduğu maşın qəzaya düşüb.

Nəsimi və Nərimanov küçələrinin kəsişməsində "Mercedes” markalı minik avtomobili zibil daşıyan yük maşını ilə toqquşub və sözün bütün mənalarında "zibilə düşüb".

Nəticədə adları hələ ki, dəqiqləşdirilməyən minik avtomobilinin sürücüsü və bir qadın sərnişin xəsarət alıb.Yaralılar xəstəxanaya aparılıb.

Minik avtomobilində toya hazırlaşan şəhər sakinləri, o cümlədən gəlin olub. Xoşbəxtlikdən gəlin qəzadan xəsarətsiz ötüşüb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


163 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR