Bakıda tanışını taxta parçası ilə qətlə yetirən şəxs tutulub

12.09.2018 13:05

Sentyabrın 11-də Sabunçu rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunmuş Bahadur Cəfərov evində münaqişə zəminində Bakı şəhər sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə B.Cəfərov saxlanılıb.

© xezerxeber.az


82 dəfə oxunub

XƏBƏRLƏR

25.09.2018 19:56

Bu rayonda qaz olmayacaq

ÇOX OXUNANLAR