Bakıda uşaq bağçasında yanğın - Azyaşlılar təxliyyə edildi

11.09.2018 20:13

Bakıda uşaq bağçasında yanğın olub.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə şəhərin Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, ümumi sahəsi 430 m2 olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın bir otağının yanar konstruksiyaları və içərisinə yığılmış istifadəyə yararsız əşyalar 35 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı bağçada olan azyaşlılar təxliyyə olunub. Xəsarət alan olmayıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

25.09.2018 19:56

Bu rayonda qaz olmayacaq

ÇOX OXUNANLAR