Azərbaycanda polis 14 yaşlı bu qızı axtarır - Gecə evdən səssizcə çıxıb ... - FOTO

11.09.2018 18:25

Sumqayıt şəhərində yeniyetmə qız itkin düşüb.

XəzərXəbər "Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 2004-cü il təvəllüdlü Şahanə Xalid qızı Baxşıyeva altı gün bundan əvvəl, təqribən, axşam saatlarında yaşadığı Kimyaçılar qəsəbəsindəki evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Onun əlamətləri: boyu təqribən 150 sm, orta bədən quruluşlu, uzunsov sifət, qarayanız, şabalıdı saçlı, qara qaşlı, gözlərinin rəngi qonurdur.

Evdən çıxarkən əynində ağ gülləri olan qırmızı kofta, qara şalvar və ayağında ağ rəngli idman ayaqqabısı olub.

Bu barədə məlumatı olan şəxslərdən xahiş olunur ki, (018) 65 302-02 və (050) 614-46-56 telefon nömrələri ilə əlaqə saxlasınlar.

© xezerxeber.az


238 dəfə oxunub

XƏBƏRLƏR

25.09.2018 19:56

Bu rayonda qaz olmayacaq

ÇOX OXUNANLAR