İsti hava İrəvanı işıqsız qoydu

11.07.2018 17:49

Ermənistanın paytaxtı İrəvanda yerləşən yarımstansiyada baş verən qəza nəticəsində şəhərin böyük bir hissəsi işıqsız qalıb.

Bu barədə "Ermənistanın elektrik şəbəkələri” ndən xəbər verilib.

Qəza səbəbindən İrəvanın Əmiryan küçəsi və digər mərkəzi küçələrə elektrik enerjisinin verilməsi dayanıb. "Ermənistanın elektrik şəbəkələri” bildirib ki, qəzanın nəticələri aradan qaldırıldıqdan sonra bu gün axşam saatlarında elektrik enerjisinin verilməsi bərpa oluna bilər.

Qeyd edək ki, sinoptiklər bu gün Ermənistanda istilərin pik həddə çatacağilə bağlı xəbərdarlıq etmişdi.

© xezerxeber.az


156 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR