Yol qəzası daha bir can aldı

11.07.2018 09:47

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunda "Mercedes" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

XəzərXəbər FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1960-cı il təvəllüdlü Əliyev Ülfət İbrahim oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

© xezerxeber.az


152 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR