Sürücü sərnişinin pulunu oğurladı

09.07.2018 17:51

Sabirabadda taksidə oğurluq hadisəsi qeydə alınıb.

DİN-dən XəzərXəbər-ə verilən məlumata görə, iyulun 8-də Sabirabad rayonunun Əsgərbəyli kənd sakini V.Mehdiyev RPŞ-yə müraciət edərək həmin gün saat 8 radələrində şəhər ərazisində sərnişini olduğu taksi kimi fəaliyyət göstərən "VAZ-21063” markalı avtomobildən düşdükdən sonra cibindəki 2300 manatın oraya düşməsini və həmin pulu sürücünün oğurladığını bildirib.

Pulu oğurlamaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü, şəhər sakini Samir Cəfərov Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

© xezerxeber.az


322 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR