Şəkidə camaatın qorxduğu oldu

09.07.2018 15:26

Kənd sakini tarlada işləyən zaman ilan onun sağ ayağının baldır nahiyəsindən sancıb

Şəkidə tarlada işləyən kəndlini ilan sancıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Şirinbulaq kəndində baş verib.

Kənd sakini Fariz Səlimov tarlada işləyən zaman ilan qəfildən onun sağ ayağının baldır nahiyəsindən sancıb. Şəki Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 31 yaşlı gəncə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

Qeyd edək ki, sözügedən bölgədə havaların quraq keçməsi ilanların artımına səbəb olub. Kənd sakinləri bildirirlər ki, ilanlar, hətta onların evlərinə girir.

© xezerxeber.az

FOTOQALERIYA






181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR