Bakıda və Biləsuvarda yanğın

14.06.2018 09:34

Bakı şəhəri və Biləsuvar rayonunda yanğın hadisələri baş verib.

XəzərXəbər-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin (tikilməkdə olan) dam örtüyünün taxta atmaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Biləsuvar rayonunda isə 1 ha biçilmiş və 0,5 ha sahədə biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

© xezerxeber.az


250 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR