Saatlıda zəhərlənən 24 nəfərdən 20-si evə buraxılıb

13.06.2018 10:08

Saatlı rayonunun Simadakənd kəndində pambıq tarlasında baş vermiş zəhərlənmə ilə əlaqədar rayon xəstəxanasına yerləşdirilən şəxslərin hamısı evə buraxılıb.

Bu barədə XəzərXəbər-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, yalnız Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsində 4 nəfər qalıb. Onların da vəziyyəti yaxşıdır, bu günlərdə evə buraxılacaq.

Qeyd edək ki, pambıq tarlasında işləyən 24 nəfər kimyəvi maddədən zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 4-ü Bakıya gətirilmişdi.

© xezerxeber.az


80 dəfə oxunub

XƏBƏRLƏR

19.06.2018 12:52

BMT ABŞ-a etiraz edib

ÇOX OXUNANLAR