Qəbələdə sel körpünü yararsız hala salıb

13.06.2018 10:04

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 11 iyun 2018-ci il tarixində Qəbələ rayonunun, Tikanlı və Bum kəndləri ərazisindən keçən "Bum” çayına gələn sel suları Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb.

XəzərXəbər-in nazirliyin saytına istinadən verdiyi xəbərə görə, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hadisə yerinə Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb olunub, 77 nəfər vətəndaşa müvafiq köməklik göstərilib. Əməliyyat başa çatıb. ​

© xezerxeber.az


282 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR